İranın ali dini lideri Əli Xameneyi İsrail "F-35"lərinin ölkə ərazisini girməsindən sonra Hərbi Hava Qüvvələrinin komandanı general Fərzad İsmailini işdən qovub.
Baki-xeber.com xəbər verir ki, bu barədə Küveytin AL-Jarida” qəzeti xəbər yayıb. Qəzet yazır ki, İsrailin "F-35" qırıcısının başda Tehran olmaqla İranın mühüm şəhərləri üzərində uçması İranda şok effekti yaradıb.
İsrailin döyüş təyyarəsi İranın Tehran, Kərəc, İsfahan, Şiraz və Bəndərabbas şəhərlərinin üzərindən uçuş edib.
Qeyd edək ki, İsrail "F-35" qırıcısından ilk istifadə edən ölkə olub. Beləliklə "F-35" döyüş təyyarələrinin gizli uçuşu ilk dəfə real şəraitdə sınaqdan keçirilib.