İsveçrənin maliyyə naziri Maurer velosipedlə işə gedərkən qəza keçirib.
Baki-xeber.com-un xəbərinə görə, nazir Ueli Maurer cümə günü, hər zaman olduğu kimi, bağ evinin yerləşdiyi qəsəbədən Bernə 65 kilometrlik yolu velosipedlə qət edərək işə gedərkən küləyin gətirdiyi sellofan torbalardan qaçmaq üçün manevr etmək məcburiyyətində qalıb və nəticədə müvazinətini itirərək yıxılıb. Sonradan kameralar qarşısına keçərək açıqlama verən nazir yolu 70 kilometr sürətlə getdiyini, o üzdən qəzadan qaça bilmədiyini deyib. Bildirib ki, canını yüngül sıyrıqlarla qurtardığından, xəstəxanaya getməyə lüzum görməyərək birbaşa iş yerinə gəlib.
Xatırladaq ki, İsveçrədə 7 nazirlik var və hər birinin başçısı gündəlik ya qatar və tramvayla, ya da velosipeddən istifadə edərək işə gəlir.