Kərkükdə türkmənlərin etiraz aksiyası başa çatıb.
Baki-xeber.com-un Anadolu Agenrliyinə istinadən xəbərinə görə, İraqda parlament seçkilərinə etiraz olaraq keçirilən aksiyalar 28 gün davam edib. Aksiyalar mayın 12-də keçirilən seçkilərin bülletenlərinin əllə yenidən sayılması tələbilə keçirilirdi. İraq türkmən cəbhəsinin (İTC) sədri Eşrət Salehi Anadolu Agentliyinə açıqlamasında bildirib ki, İraq parlamenti səslərin yeni sayılması üzrə razılığa gəldiyindən, həmvətənlərinə aksiyalara son verməklə bağlı müraciət edib. “Biz məqsədə nail olduq, hakimiyyəti Kərkükdə səslərin saxtalaşdırılmasının mümkün olmamasına inandıra bildik. Səslərin yenidən sayılmasının hansı nəticələr doğuracağını gözləyəcəyik” o deyib.
Xatırladaq ki, İraqda parlament seçkilərinin nəticələri açıqlandıqdan sonra Kərkükdə səslərin kürd partiyalarının namizədlərinin xeyrinə saxtalaşdırılması ittihamı ilə etiraz aksiyaları başlamışdı. Aksiyalar 28 gün davam etdi.