Rusiya prezidenti Vladimir Putin ABŞ dövlət başçısı Donald Trampla görüşünün Vyanada təşkil olunması üçün Avsriya kansleri Sebastyan Kurtsa müraciət edib.
Baki-xeber.com-un xəbərinə görə, Ağ Ev Avstriyanın belə bir görüşün təşkil edilməsinə hazır olduğunu təsdiqləyib. Lakin bildirilib ki, hələlik bu görüş razılaşdırılmayıb. Ağ Evin rəsmisi deyib ki, daha öncə hər iki lider görüş imkanlarını müzakirə edib, lakin indiki halda bu barədə heç bir fikir yoxdur.