ABŞ prezidenti Donald Tramp və Yaponiya baş naziri Sindzo Abe yeni ticari razılaşma üzərində işləyir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə amerikan lideri görüşün yekunları ilə bağlı açıqlamasında bildirib. Qeyd edib ki, qarşılıqlı sərfəli əməkdaşlığa nail olunması üçün bütün ticari baryerləri qaldırmaqla ticari balansı tarazlamaq üzərində işləyirlər.
Bundan əlavə, Tramp Yapon şirkətlərinə ABŞ-da yeni fabrik və zavodlar açmaq çağırışı edib. O deyib ki, ABŞ-a sərmayə qoymaq üçün heç vaxt indiki kimi yaxşı fürsət olmayıb.