ABŞ Başkanı Donald Trampın vəkillərindən Rudi Giuliani, Trampın zirvədən imtina etmək qərarından sonra Şimali Koreya lideri Kim Çen Inın toplantının keçirilməsi üçün onlara yalvardığını iddia edib.
Baki-xeber.com xarici KİV-ə istinadən xəbər verir ki, Giuliani bu barədə İsraildə açıqlama verib.
Giuliani, Şimali Koreyanın ABŞ-ın vitse-prezidenti Mayk Pens haqqında təhqiredici açıqlamanın və nüvə müharibəsi təhdidinin ardından Trampın zirvəni ləğv etməkdən başqa yolunun qalmadığını deyib.
O, Vaşinqtonun bu sərt qərarının Şimali Koreya lideri Kim Çen Inın yumşalmasına səbəb olduğunu, hətta Kim Çen Inın, dizi üstə çökərək bunun (zirvə) üçün yalvardığını" iddia edib.
Qeyd edək ki, Tramp, 24 mayda Şimali Koreya lideri Kim Çen Ina məktub yazaraq, son açıqlamalarındakı "qəzəb və açıq düşməçiliyə” görə 12 iyunda iki lider arasında planlaşdırılan zirvəyə qatılmayacağını ifadə etmişdi. Ancaq bir həftə sonra Ağ ev Trampla Kim Çen Inın Sinqapurda keçiriləcəyi gözlənilən görüşünə hazırlıqların aktif şəkildə davam etdiyini açıqlamışdı.