Qazaxıstan parlamentinin yuxarı palatası prezident Nursultan Nazarbayevin ölkənin Milli Təhlükəsizlik Şurasına ömürlük rəhbərliyini təsdiqləyib.
Baki-xeber.com-un xəbərinə görə, eyni zamanda, Qazaxıstan Senatı Milli Təhlükəsizlik Şurasına vahid dövlət siyasətinin yeridilməsini koordinasiya edən konstitusion orqan statusu verən sənədi bəyənib. TŞ-nın tərkibinin formalaşmasını isə prezident sədrin razılığı ilə həyata keçirə bilər.
Senatın bəyənməsindən sonra sənəd ümumən qəbul olunmuş sayılır. Hazırda isə imzalanması üçün Nazarbayevin özünə göndərilib.