Bəşər Əsəd, son zamanlar artan İsrail bombardmanlarından sonra İran ordusunun və dəstəklədiyi şiə milislərinin Suriya hərbi hava qüvvələrinin anbarlarına və bazalarına daxil olmasını qadağan edib.
Baki-xeber.com xəbər verir ki, bu barədə ərəb dilli “Zaman el-Wasl” portalı məlumat yayıb.
Məlumata görə, İsrailin artan hücumlarının ardından Soçidə Rusiya prezidenti Vladimir Putinlə görüşən Əsəd çox kritik bir qərar qəbul edib. Rejim ordusundakı mənbələr bildirir ki, İran ordusunun və dəstəklədikləri silahlı qrupların Suriya Hərbi Hava Qüvvələrinin anbarlarına və bazalarına girişi qadağan edilib.
Mənbənin sözlərinə görə, bu qərar Suriyanın, İran dəstəkli qüvvələrin ölkədən çıxarılmasına yönəlmiş ilk addımıdır. Mənbə, İsrail hücumlarından dolayı rejim ordusunda ciddi bir çaxnaşmanın yaşandığını da deyib.
Bu xəbər İsrail mediasında da genş yer alıb.
Qeyd edək ki, Rusiya dövlət başçısı Vladimir Putin Soçidə Bəşər Əsədlə görüşü zamanı, xarici hərbi qüvvələrin Suriyadan çıxarılması barədə xəbərdarlıq etmişdi.