Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanın kral sarayına hücum nəticəsində ağır yaralandığı iddia edilir.
Baki-xeber.com xəbər verir ki, bunu Livanın Hizbullaha yaxın “Al-Mayadeen” televiziya kanalına müsahibə verən İslami Dirçəliş Partiyasının baş katibi Məhəmməd al-Mas'ari deyib.
O, kral ailəsi daxilindəki mənbələrin bu barədə məlumatı sızdırdığını və vəliəhd şahzadənin bir güllə yarası aldığını deyib. O, Salmanın media qarşısına çıxaraq dövlət çevrilişi cəhdini təkzib etməyi də planlaşdırdığını qeyd edib.
Bundan əvvəl, 21 apreldə Ər-Riyadda kral sarayının qabağında ağır odlu silah səslərinin eşidildiyinə dair məlumatlar yayılmışdı. Hətta həmin vaxt, sarayda çevriliş cəhdi olduğuna dair də xəbərlər dolaşırdı. Ancaq dövlət televiziyası bu cür xəbərləri təkzib edərək, saraya çox yaxınlaşan oyuncaq bir drona atəş açıldığını bildirdi.
Bununla belə yerli mənbələr, silahlı hücumun dronla əlaqəsinin olmadığı, ağır silahlar daşıyan bir avtomobilin ətrafa atəş açdığı bildirirdi. Qeyd edilirdi ki, həmin vaxt şahzadə Salman təhlükəsizlik məqsədilə yaxınlıqdakı hərbi bazada sığınacağa aparılıb.