İsrail hökuməti “Həmas üzvü” adlandırdığı fələstinli məhkumların gələn ay Rusiyada keçiriləcək 2018-ci il Dünya Kuboku üzrə çempionatın oyunlarını izləməsinə qadağa tətbiq etmək niyyətindədir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə İsrail mətbuatı yazır. Xəbərdə deyildiyinə görə, İsrail milli təhlükəsizlik naziri Gilad Erdan verdiyi açıqlamada “Həmas”ın Qəzzada öldürdüyü 2 israilli əsgərin meyitini qaytaqmamasını əsas gətirərək belə bir qərar verdiklərini deyib. Erdan terror təşkilatlarına üzv məhkumlara qarşı sərt davranışın bundan sonra da davam edəcəyini bildirib.
Qeyd edək ki, Fələstin rəsmi mənbələrinə görə, İsrail həbsxanalarında 450-si inzibatı məhbus, 12-si millət vəkili və 300-ü azyaşlı olmaqla ümumilikdə 6 min 500 fələstinli cəza çəkir.