Suriyanın Deyr əz-Zor şəhərində silahlıların hücumu nəticəsində 4 rus əsgəri həlak olub, 3-ü isə yaralanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı açıqlamada deyilir. Açıqlamada bildirildiyinə görə, bir neçə silahlı qrup gecə saatlarında Deyr əz-Zor şəhərindəki Suriya hökumət qüvvələrinə bağlı topçu birliyinə hücum edib. Suriyalı topçulara təlim keçən 2 rus hərbi müşavir olay yerində həyatını itirib, yaralanan 5 nəfər xəstəxanaya qaldırıldıqdan sonra onlardan 2-ni, həkimlərin bütün səylərinə rəğmən, qurtarmaq mümkün olmayıb.
Açıqlamada eyni zamanda 40 nəfərdən artıq silahlının məhv edildiyi xəbər verilir.