Mayın 24-ü gecə saatlarında Ukraynanın Çerkassk şəhərində şəhər vilayət şurasına “Batkivşina” ümumukrayna birliyindən deputat seçilmiş Çerkassk başçısının keçmiş müavini Sergey Qura qətlə yetirilib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Obozrevatel” nəşri yazır. Xəbərə görə, insident naməlum şəxslərin partiyanın ofisinə basqını ilə baş verib. Qatilin qurbanına iki dəfə atəş açdığı, onu ürəyindən və başından vurduğu bildirilir. Siyasətçinin cangüdəninin ifadəsinə görə, o, siyasətçini vurduqdan sonra cibindən qumbara çıxaran şəxsi öz silahı ilə yaralaya bilib.
Cangüdənin sözlərinə görə, qatil Nikolay Qonçar adlı şəxsdir və o, yaralı halda xəstəxanaya qaldırılıb.
Hadisə yerinə baxış zamanı orada iki ədəd qumbara aşkarlandığı bildirilir.