Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Ukrayna dövlətinin başçısı Pyotr Poroşenko arasında bu günlərdə baş tutan telefon danışığında iki ölkə arasında azad ticarətin təşkili ilə bağlı müzakirələrin tezləşdirilməsi barədə razılıq əldə olunub.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ukrayna prezidenti özünün Twitter hesabında yazıb. Poroşenko onu da əlavə edib ki, telefon danışığında iki ölkə arasında enerji, aviasiya və hərbi sahələrdə əməkdaşlığın perspektivləri də müzakirə mövzusu olub.