İran özünün nüvə anlaşmasına əməl etməsi üçün Avropa ölkələri qarşısında 7 önəmli şərt irəli sürüb.
Baki-xeber.com-un xəbərinə görə, “Al Jazeera”nin yaydığı xəbərdə deyilir ki, bu barədə İranın Ali dini lideri ayətullah Əli Xamneyi ölkə hökumətinin üç qolunun nümayəndələri ilə görüşündə danışıb. Bildirib ki, bu şərtlər arasında əsas yerləri Avropa banklarının İranla ticari əlaqələrə tam zəmanət verməsi, həmçinin İran neftinin satılmasına Aİ ölkələrinin qarant durması tutur.
Tehran danışıqlar gedişində İranın raket proqramı və onun regional aktivliyi mövzusuna toxunulmamasını da şərt kimi irəli sürür. Xamneyi deyib ki, Avropanın 3 aparıcı ölkəsi – Fransa, Almaniya və Britaniya ilə münasibətləri korlamaq niyyətində deyillər, “lakin təcrübə göstərir ki, Avropa hər zaman ABŞ-ın dalınca sürünür”.
“Cavabda kiçik bir ləngimə halında İran özünün nüvə fəaliyyətinə başlamaq hüququnu özündə saxlayır”- deyə dini lider sonda xəbərdarlıq edib.