Birləşmiş Ştatlar Paraqvayın İsraildəki səfirliyini Təl-Əvivdən Qüdsə köçürməsini alqışlayır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə Ağ Evin mətbuat xidmətinin açıqlamasında deyilir. Açıqlamada eyni zamanda qeyd olunur ki, Vaşinqton digər müttəfiq ölkələrin nümayəndəliklərinin də Qüdsə köçürülməsini səbrsizliklə gözləyir.
Qeyd edək ki, ABŞ və Qvatemaladan sonra Paraqvay səfirliyini müqəddəs şəhərə köçürən üçüncü ölkə olub.