Britaniya parlamentində ölkə rəhbərliyinə Kremllə bağlılığı olan şəxslərə qarşı əlavə məhdudlaşdırıcı tədbirlər paketi tətbiq olunması çağırışları səslənib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə parlamentin saytına yerləşdirilmiş “Moskvanın qızılı: Rusiya korrupsiyası Böyük Britaniyada” adlı hesabatda deyilir. “Biz ölkə rəhbərliyini Kremllə əlaqəsi olan şəxslərə qarşı daha sərt sanksiyalar tətbiq etməyə, eyni zamanda “çirkli” pulların yuyulması və insan haqları ilə bağlı qanun pozuntularına yol verənlərə qarşı əlavə tədbirlərin görülməsinə çağırırıq”- deyə sənəddə bildirilir.
Sənəd müəllifləri Tereza Meyin kabinetinin sözügedən mövzu ilə bağlı Vaşinqton, Aİ və G 7 ölkələrindən olan müttəfiqlərilə “maksimal dərəcədə sıx” əməkdaşlıq etməli olduğunu əlavə edir.