Ermənistanın Rusiya təsirindən çıxması vacibdir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Amerikanın səsi” radiostansiyasına müsahibəsində Amerika şurasının xarici işlər üzrə eksperti Stiven Blank deyib. Onun sözlərinə görə, bu, Paşinyanın qarşısına qoyduğu hədəflərə çatmaqdan ötrü vacibdir.
Öz növbəsində Paşinyanla Putinin Soçi görüşünü şərh edən ABŞ-ın beynəlxalq strateji tədqiqatlar Mərkəzinin eksperti Olqa Oliker isə deyib ki, bu görüşlə hər iki ölkə rəhbəri bir daha göstərdi ki, onların xarici siyasətində dəyişikliklər gözləməyə əsas yoxdur və demokratik, ya avtoritar olmağından asılı olmayaraq Ermənistan Rusiyanın kölgəsində qalmaqda davam edəcək. Onun sözlərinə görə, “məxməri inqilab”ın ardından Rusiya onsuz da geniş alternativi olmayan İrəvanla sıx əlaqələri saxlamaqda maraqlıdır, buna görə də o, Moskvanın yanında qalmaqda davam edəcək.