ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli Fələstin səfiri Riyad Mənsurun çıxışını dinləmək istəməyərək Təhlükəsizlik Şurasının iclasını yarımçıq tərk edib.
Baki-xeber.com-un xəbərinə görə, Heyli çıxışında Qəzza sektorundakı qanlı olayların ABŞ-ın səfirliyini Qüdsə köçürməsilə əlaqələndirilməsinə etiraz edib. Öz növbəsində Fələstin səfiri isə onun dediklərinə etiraz edib və ABŞ-ın ünvanına ittihamlarla çıxış edib. Bunun ardından ABŞ nümayəndəsi zalı tərk edib.
Xatırladaq ki, Qəzza sektorunda fələstinlilərin İsrail ordusu ilə toqquşması nəticəsində 52 nəfər ölüb, 2 min nəfərdən çox yaralı var.