İran XİN rəhbəri Məhəmməd Cavad Zərif ABŞ-ın nüvə anlaşmasından imtinasının ardından Pekinə səfər edib.
Baki-xeber.com-un İran mətbuatına istinadən xəbərinə görə, səfərdə məqsəd Çin rəhbərliyi ilə nüvə anlaşmasını müzakirə etməkdir. Xəbərə görə, İran XİN rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinə ölkənin siyasi və iqtisadi sektorunu təmsil edən yüksək səviyyəli şəxslər daxildir.
Daha öncə verilən xəbərə görə, Pekindən sonra Zərifin Moskvaya, ardınca isə Brüsselə səfəri planlaşdırılıb.