İŞİD terror qruplaşması Parisdəki hücuma görə məsuliyyəti üzərinə götürüb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə "Associated Press" agentliyi məlumat yayıb. “Europe1” radiosu isə Paris Operası qarşısında insanlara hücum edən 20 yaşlı şəxsin Çeçenistan əsilli olduğunu xəbər verib. Polis həmin şəxsin üzərindən hər hansı sənəd tapmasa da, onun kimliyini əl izləri ilə müəyyən edib.
Xatırladaq ki, insident mayın 12-də Fransanın paytaxtı Parisdə baş verib. Belə ki, naməlum şəxs “Allahu əkbər” deyərək bıçaqla insanlara hücum edib. Nəticədə bir nəfər həlak olub, 2-si ağır olmaqla 4 nəfər isə yaralanıb. Hücum edən şəxs polis tərəfindən məhv edilib.