ABŞ prezidenti Donald Trampın İranla nüvə anlaşmasını ləğv etməsinin ardından İslam Respublikasının parlamentində ABŞ bayrağı yandırılıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Associated Press” xəbər verir. Xəbərə görə, iranlı parlamentarilər bu əsnada “Amerikaya ölüm” şüarları səsləndirib.
Xatırladaq ki, Tramp ölkəsinin Tehranla nüvə anlaşmasından çıxdığını bəyan edib. Eyni zamanda bildirib ki, Vaşinqton İrana qarşı “ən yüksək səviyyədə” sanksiya tətbiq etmək niyyətindədir.
Öz növbəsində İran ABŞ-ın sazişdən birtərəfli qaydada çıxmasını “qanunsuz” adlandırıb.