ABŞ İranla iqtisadi əlaqələri olan Almaniya şirkətlərinə xəbərdarlıq edib. Baki-xeber.com xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Almaniyadakı səfiri Riçard Grenell twitterdə yazıb.
Səfir İranda işləyən alman şirkətlərini işlərini dayandırmağa çağırıb.
ABŞ sanksiyalarının İranın bəzi kritik sektorlarını hədəf alacağını açıqlayan səfir bildirib ki, İranda işləyən alman şirkətləri dərhal işlərini dayandırmalıdır.