Xəbər verildiyi kimi, ABŞ prezidenti Donald Tramp, 2015-ci ildə əldə edilən nüvə razılaşmasının İran tərəfindən öz məqsədləri üçün istifadə etdiyini iddia edərək ABŞ-ın sazişdən çəkildiyini bəyan edib.
Baki-xeber.com xəbər verir ki, Tramp əvvəlki sanksiyaların bərpa edilməsilə yanaşı, İrana qarşı yeni iqtisadi sanksiyaların tətbiq ediləcəyini də bildirib.
ABŞ Maliyyə Nazirliyi isə, qarşıdakı 180 gün ərzində İrana qarşı, gəmiçilik, neft və enerji sahələrində əvvəlki sanksiyaların yenidən tətbiq ediləcəyini bəyan edib. Birləşmiş Ştatlar noyabrın 5-dək İranın bütün dövlət və maliyyə qurumlarını sanksiyalar siyahısına salacaq.