Ermənistan müxalifətinin lideri, "Yelk" partiyasının sədri Nikol Paşinyan parlamentin bugünkü iclasında ölkənin yeni baş naziri seçilib. Trend bu barədə RİA Novosti-yə istinadən məlumat verir.
Parlamentdə 59 deputat N.Paşinyanın baş nazir seçilməsinin lehinə, 42-si isə əleyhinə səs verib.
“Azərbaycan hökuməti ilə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqları aparmağa hazıram”. Bunu Ermənistan parlamentində baş nazir postuna namizəd Nikol Paşinyan bəyan edib.
O qeyd edib ki, Ermənistandakı inqilabın qələbəsi Dağlıq Qarabağ üçün yeni imkanlar açır.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda N.Paşinyanın rəhbərliyi ilə sabiq prezident Serj Sarkisyanın baş nazir seçilməsinə qarşı aksiyalar keçirilib. Aprelin 23-də isə S.Sarkisyan vəzifəsindən istefa verib.