Suriyada Rusiyaya məxsus helikopter qəzaya uğrayıb.
Baki-xeber.com-un xəbərinə görə, qəza helikopter ölkənin şərq rayonları üzərində plan uçuşu keçirərkən yaşanıb. Rusiya Müdafiə Nazirliyi hər iki pilotun həlak olduğunu, meyitlərinin tapılaraq aedroma gətirildiyini bildirib.
Xəbərdə deyilir ki, Ka-52”Alliqator” helikopterləri ötən əsrin 90-cı illərinin məhsuludur. Döyüş təyinatı düşmənin zirehli və zirehsiz yerüstü və hava hədəflərinin, eyni zamanda canlı qüvvəsinin məhv edilməsi, həmçinin desanta atəş dəstəyi və hərbi kolonnalara patrul xidməti göstərməkdir.
Xatırladaq ki, bu, may ayında Rus hərbçilərinin Suriyada ölümü ilə bağlı artıq ikinci olaydır. Bundan öncə mayın 3-də oxşar hadisə baş vermiş, Hmeymim aeroportundan qalxan Su-30SM az sonra partlamış və hər iki pilot həlak olmuşdu. Hadisəyə səbəb kimi isə maşının mühərrikinə quşun düşməsi ehtimal edilmişdi.
Bugünkü qəzanın səbəbi barədə məlumat verilmir.