Ölüm ayağında olan amerikan senatoru Con Makkeyn dünyasını dəyişəcəyi təqdirdə, ailəsi ABŞ prezidenti Donald Trampın onun dəfn mərasiminə gəlməsini istəmir.
Baki-xeber.com-un xəbərinə görə, Trampın sələfləri olan Barak Obama və kiçik Corc Buş isə mərasimdə iştirak edəcək. “The Hill” xəbər verir ki, vida mərasimi Vaşinqton kafedral kilsəsində keçiriləcək.
Xəbərə görə, Makkeyn beyin xərçəngindən əziyyət çəkir və ötən ildən intensiv müalicə kursu keçir.
Con Makkeyn ardıcıl olaraq Trampın fəaliyyətini, xüsusilə onun miqrantlara və mətbuata münasibətini sərt tənqid edib. Senator hər zaman ABŞ prezidentindən Rusiyaya qarşı daha sərt mövqe nümayiş etdirməyi tələb edib və Vaşinqtonun Putin rejimi ilə əməkdaşlığını “mümkünsüz” adlandırıb.