Tramp İranda hakimiyyəti dəyişmək istəyir.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “Politico” nəşri xəbər verib. Xəbərdə deyilir ki, ABŞ prezidentinin vəkili Rudolf Culiani Trampın İranda “hakimiyyət dəyişikliyi” etmək fikrində olduğunu bildirib. İranda demokratiyanın inkişafı üzrə təşkilatın qurultayında çıxış edən vəkil deyib ki, İslam Respublikasında hakimiyyət dəyişikliyi “Yaxın Şərqdə sülhə nail olunmasının yeganə yoludur”. İran probleminin “İsrail-Fələstin” münaqişəsinin çözümündən daha önəmli olduğunu deyən Culiani bildirib ki, Tramp mayın 12-nə, sanksiyaların yenilənmə müddətinə qədər bu barədə qərar qəbul etmək niyyətindədir.