Eks dövlət katibi Con Kerri İranın XİN rəhbəri Məhəmməd Cavad Zəriflə İslam ölkəsinin nüvə proqramını müzakirə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə “The Boston Globe” nəşri xəbər verib. Xəbərə görə, sözügedən şəxslər arasında 2018-ci il ərzində artıq bir neçə dəfə belə görüş keçirilib və Zəriflə Kerri nüvə anlaşmasının qorunub saxlanmasının mümkün variantlarını müzakirə edib. Lakin bu danışıqların hər hansı nəticələri barədə məlumat verilmir.
Daha öncə isə Rusiya XİN rəhbəri Mariya Zaxarova deyib ki, İranın nüvə proqramı ilə bağlı bütün məsələlər yalnız “altılıq” ölkələri formatında müzakirə oluna bilər.