ABŞ XİN sözçüsü Heather Nauert Türkiyənin Azad Suriya Ordusu ilə birgə Afrində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı nəticəsində qaçqın düşən yerli sakinlərin evlərinə dönməsinə hələ də izn verilmədiyini iddia edib.
Baki-xeber.com-un xəbərinə görə, Washingtondaki mətbuat toplantısında Nauert Afrindəki durumu yaxından izlədiklərini, əməliyyat bitsə də, qaçqın düşmüş 140.000 sakinin evlərinə dönməsinə izn verilmədiyini müşahidə etdiklərini deyib. Bölkədə həyatın normal axarına dönməsi üçün ciddi addımların atılmasına ehtiyac olduğunu deyən Nauert "Suriyanın şimal-şərindəki beynəlxalq aktorlara” səsləndiyini, xüsusilə Türkiyə və Rusiyadan gərəkən addımlar gözlədiklərini ifadə edib.