Rusiya prezidenti Vladimir Putin fransalı həmkarı Emmanuil Makronla telefon görüşməsində İran mövzusunda anlaşıb.
Baki-xeber.com-un xəbərinə görə, telefon danışığı Fransa tərəfinin istəyilə baş tutub. İki ölkə lideri telefon söhbətində İranın nüvə proqramı ilə bağlı ortaq fəaliyyət mövzusunda anlaşıb. Xəbərə görə, Fransa prezidenti bu yaxınlarda ABŞ-a gerçəkləşdirdiyi səfər mövzusuna da toxunub.
Sosial media hesabında isə Makron Rusiya prezidenti ilə telefon danışıqlarını əks etdirən video paylaşaraq, Putinlə aralarında baş tutan danışıqlarla bağlı qısa bilgi verib.