ABŞ-ın aprelin 14-də Suriyadakı Bəşər Əsəd qüvvələrinə qarşı keçirdiyi əməliyyatda Aralıq dənizindəki sualtı qayıqlardan atdığı “Tomahavk” raketlərindən biri rusiyalı mütəxəssislər tərəfindən araşdırılmağa başlanılıb.
Baki-xeber.com xəbər verir ki, ABŞ, Fransa və İngiltərənin Əsədə qarşı keçirdiyi əməliyyatda ələ keçirilən raket parçaları arasında partlamamış bir “Tomahavk” raketinin olması Rusiya Müdafiə Nazirliyini hərəkətə gətirib.
Rusiya həbi rəsmilərindən polkovniki Sergey Rudskoy, ABŞ raketlərinin araşdırıldığını və əldə ediləcək məlumatlardan Rusiya silahlarının modernləşdirilməsi üçün istifadə edilə biləcəyini deyib.
Rusiya tərəfindən ələ keçirilən raketin mexanizması mütəxəssislər tərəfindən araşdırılacaq. Moskva sözügedən raketlərin necə məhv edilə biləcəyini öyrənməyə çalışır.
Ekspertlərə görə, Rusiya bu araşdırmalardan əldə ediləcək məlumatlardan, ABŞ istehsalı olan “Tomahavk” raketlərini məhv edə biləcək yeni silahların istehsalında istifadə edəcək.
Rus mütəxəssislər sağlam ələ keçirilən “Tomahavk” raketlərindən, onların hədəfə kilidlənmə sistemlərinin əmrlərinin araşdırılmasında “laboratoriya siçanı” kimi istifadə edəcək. Əldə ediləcək məlumatlar isə “əsir “Tomahavk” raketlərinin” yavaş-yavaş “ölümlərinin” başlanğıcı olacaq.