Rusiya lideri Vladimir Putin istifadədə olan dünya atlaslarının "tarixi və coğrafi reallığı əks etdirmədiyini" fikrini irəli sürərək yeni atlasların hazırlanması təlimatını verib. Baki-xeber.com xəbər verir ki, bu çərçivədə Antarktidadakı ərazi adları da rus dilində orjinalları ilə dəyişdiriləcək.
Putin deyib ki, rus silində dünya atlasının hazırlanması və əsl rus dilində olan, lakin sonradan başqa dillərdə adlandırılan yerlərə bağlı zəruri tədbirlər görüləcək
Putin bununla bağlı müvafiq qurumlarla yanaşı Müdafiə Nazirliyinə də təlimat verdiyini deməsi isə diqqət çəkir.
"Keçmiş illərdə və əsrlərdə kəşfiyyatçılarımızın və səyahətçilərimizin bəzi yerlərə verdiyi rus dilində adların bu gün dünya xəritəsindən silindiyini görürük. Rusiyanın dünya kəşfinə və elmin inkişafına verdiyi tövhələr də yaddaşlardan silinir. 2020-də Antarktidanın kəşf edilməsinin ildönümünü keçirəcəyik və bura rus dənizçilərinin bir kəşfidir.