İsrail Suriyada İranın nəzarət etdiyi 80 min silahlı milisin olduğunu iddia edir. Baki-xeber.com xəbər verir ki, bu barədə İsrailin BMT-dəki daimi nümayəndəsi Danni Danon açıqlama verib.
Onun sözlərinə görə, İranın bu silahlılara Dəməşqdən 10 kilometr aralıda təlim keçdiyini bildirib.
BMT Təhlükəsizlik Şurasında çıxış edən səfir Danny Danon buna sübut kimi bir xəritə də göstərib. O, deyib ki, İranın Dəməşqdən 10 kilometr aralıda təlim düşərgələri qurub.
Danon İranın Suriya müharibəsinə ən az 80 min şiə milisin göndərildiyini bildirib: “Suriyada İranın nəzarətində 80 min silahlı var”.