İzmirdə keçirilən antuterror əməliyyatı nəticəsində İŞİD-in Deyr-əz-Zor və çevrəsinə nəzarət edən əmirinin şəhərdə olduğu təsbit edilib.
Baki-xever.com-un Türkiyə mətbuatına istinadən xəbərinə görə, xaricə qaçmağa çalışan və bu məqsədlə miqrantların dəstəsinə qoşulan K.E.H yaxalanıb. Onun ötən ilin dekabrında Deyr-əz-Zorun Şaidat qəsəbəsində 700 nəfər dinc sakinin qətl edilməsində əsuliyyət daşıdığı, eyni zamanda terrorçubaşı Əbubəkr əl-bağdadinin ən yaxın adamlarından biri olduğu və edam videoları paylaşan Saddam Cemalin yaxın qohumu olduğu bildirilir.
Xəbərə görə, eyni əməliyyat nəticəsində terror qruplaşmasının daha üç önəmli ismi də yaxalanıb. Lakin onların adları və kimliyi açıqlanmır.