Erməni mediasının yaydığı məlumata görə, Baş nazirin müavini Karen Karapetyan bəyanat yayaraq bildirib ki, Baş Prokurorluğa müraciət edərək, deputat Paşinyanın həbsi üçün Parlamentə verilmiş təqdimatdan imtina etməyə çağırıb.
O həmçinin bildirib ki, hazırda Nikol Paşinyanla görüşə gedir. Erməni mediası keçmiş Baş nazirin Baş Prokurorluğa müraciətini və Paşinyanla görüşə getməsini onun müvəqqəti Baş nazirliyə doğru irəliləməsi kimi xarakterizə edib.