Ermənistanın baş naziri Serj Sarkisyan vəzifəsindən istefa verib. O bu barədə bəyanatında bildirib:
"Nikol Paşinyan haqlı idi. Mən səhv etdim. Yaranmış vəziyyətdə bir neçə həll yolu var idi, lakin mən heç birinə getməyəcəyəm. Mən ölkə rəhbəri – Ermənistanın baş naziri vəzifəsini tərk edirəm. Küçə hərəkatı mənim baş nazir vəzifəsində çalışmağıma qarşı idi. Mənim baş nazirliyimə qarşı küçə hərəkatına üz tuturam – mən sizin tələbinizi yerinə yetirirəm".
Qeyd edək ki, etiraz aksiyasının rəhbəri, deputat Nikol Paşinyan bu gün azadlığa buraxılıb və axşam qələbə mitinqinin keçiriləcəyini elan edib.
Xatırladaq ki, aprelin 13-dən Yerevanda sabiq prezident S.Sarkisyanın baş nazir seçilməsinə qarşı etiraz aksiyası keçirilir.