G7 ölkələrinin XİN rəhbərləri yekun bəyanatında Rusiyanın xarici siyasətinə sərt tonda qiymət verəcək.
Baki-xeber.com-un xəbərinə görə, nazirlər RF ilə əməkdaşlıq üçün bir sıra məsələlər, o cümlədən Suriya və Ukrayna mövzularında dialoqa ehtiyacın olduğunu bildirib.
“İnterfaks” isə xəbər verir ki, Almaniya XİN rəhbəri Hayko Maas Rusiyaya Suriya böhranının çözülməsi üçün yardım xahişilə müraciət edib. Onun sözlərinə görə, “Suriya münaqişəsini Rusiyanın iştirakı olmadan çözmək mümkün deyil”.
Xəbərdə qeyd olunur ki, nazirlərin toplantısında, Rusiya məsələsi ilə yanaşı, Koreya yarımadasının nüvəsizləşdirilməsi, Suriya və Yaxın Şərqdəki vəziyyət, həmçinin İsrail-Fələstin münaqişəsinin müzakirəsi planlaşdırılır.