BMT Baş katibi Antoniu Quterreş yeni “soyuq müharibə”nin başlandığını bəyan edib.
Baki-xeber.com-un xəbərinə görə, o deyib ki, bunun əsas səbəbi Təhlükəsizlik Şurasında struktur problemlərinin kəskinləşməsi ilə bağlıdır. Baş katib bu xüsusda sözügedən orqanın müasir reallıqda dünyadakı qüvvələr nisbətini düzgün əks etdirə bilməməsini vurğulayıb.
“Aydın görünür ki, “soyuq müharibə” geri dönüb” deyən Quterreş onu da qeyd edib ki, yeni dövr “soyuq müharibə”si SSRİ ilə ABŞ arasındakı analoqundan fərqlənir. Bu fərqi isə BMT rəhbəri onunla izah edib ki, hazırda dünya ölkələri iki qarşı duran ölkə tərəfindən hansısa regionda, xüsusilə Yaxın Şərqdə idarə olunmur və bu şəraitdə müxtəlif oyunçular aktivlik nümayiş etdirir. Bu “oyunçular” sırasında isə o, Türkiyə, İran, Səudiyyə Ərəbistanı və digər ölkələrin adını çəkib.