İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib ki, Amerika tərəfi nüvə anlaşmasını birtərəfli qaydada pozaraq sanksiyaları yenidən tətbiq edərsə, İran hökuməti nüvə proqramını təzələməyə hazırdır.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, CBS telekanalına müsahibəsində bildirib. Zərif deyib ki, Tehranın bundan ötrü bir neçə hazır variantı var və bu variantlar arasında nüvə proqramını daha sürətlə yeniləmək də yer alır. “Amerika anlaşmadan çıxarsa, bizim planımız hazırdır” – deyə o bildirib.
Qeyd edək ki, daha öncə prezident Həsən Ruhani ABŞ-ın nüvə anlaşması ilə bağlı “gözlənilən və gözlənilməz” addımlarına İranın mili atom agentliyinin hazır olduğunu bildirib.