Rusiya Xarici İşlər Nazirliyində bomba həyəcanı yaşanıb.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə TASS bildirir. Xəbərdə qeyd olunur ki, binada bomba olması xəbəri ilə bağlı Nazirlik binasında 40-a yaxın əməkdaş təxliyə olunub, lakin şəxsiyyəti hələlik bəlli olmayan şəxsin bomba xəbəri təsdiqini tapmayıb.
Xəbərdə o da qeyd olunur ki, ötən ilin 11 sentyabrından bu yana Rusiya ərazisində 4 mindən çox bina ilə bağlı əsilsiz bomba həyəcanı yaşanıb və bu nədənlə 2,6 milyondan çox insan təxliyə olunub.