Azı altı ölkə səfirliyinin Təl-Əvivdən Qüdsə köçürülməsinə dair İsrail hökuməti ilə ciddi danışıqlar aparıb.
APA-nın “Times of Israel”ə istinadən verdiyi xəbərə görə, bunu İsrailin baş naziri Benyamin Netanyahu bildirib.
“Azı altı ölkə səfirliyinin Qüdsə köçürülməsinə dair bizimlə ciddi danışıqlar aparıb. Bu barədə məlumat verməkdən çox məmnunam. Qvatemalaya bu addıma görə təşəkkürümüzü bildiririk. Sizin ardınızca digərləri də gələcək”, - deyə baş nazir əcnəbi diplomatlarla görüşündə bildirib.