ABŞ prezidenti Donald Tramp Suriyada amerikan döyüşçüləri ilə özəl hərbi təşkilatın Rusiya vətəndaşı olan əməkdaşları arasında açıq toqquşmanın baş verməsindən məyus olduğunu ifadə edib.
Baki-xeber.com-un xəbərinə görə, bu barədə o, Yaponiya Baş naziri Sindzo Abe ilə Florida ştatındakı iqamətgahında düzənlədiyi birgə mətbuat konfransında danışıb. Tramp deyib ki, bir ay öncə iki ölkənin döyüşçüləri arasında dəhşətli toqquşma baş verib və bu çox üzücüdür, çünki orada “çoxlu insan həyatını itirdi”. Tramp bu barədə Rusiya-ABŞ əlaqələrinin hazırkı durumunu şərh edərkən danışıb və növbəri dəfə münasibətlərin yaxşılaşacağına ümid etdiyini bildirib.
Lakin Tram zamanlamada yanlışlığa yol verib. Belə ki, Haşşam yaxınlığında baş verən sözügedən toqquşma, onun dediyi kimi mart ayında deyil, fevralın 7-də baş verib. Rusiya XİN-in hadisə ilə bağlı açıqlamasında onlarla insanın xəsarət aldığı, hətta ölənlərin də olduğu deyilib. RF Müdafiə Nazirliyi isə insidentə Deyr-əz-Zorda koalisiya qüvvələrinin Rusiya ordusu ilə koordinasiya aparmadan hücum etməsi nəticəsində baş verdiyini bəyan edib. Pentaqon isə zərbələrin “özünümüdafiə məqsədilə atıldığını” bildirib.