Ermənistanda keçmiş prezident Serj Sarkisyanın baş nazir təyin edilməsinə qarşı keçirilən etiraz aksiyalarına rəhbərlik edən müxalifətçi deputat Nikol Paşinyan “məxməri inqilab” komitəsinin yaradıldığını bəyan edib.
Baki-xeber.com xəbər verir ki, qurumun qələbə qazananadək fəaliyyət göstərəcəyini deyən Paşinyan qeyd edib ki, dövlət qurumlarını blokadaya almaq üçün bütün bölgələrdə inqilab komitələri yaradılacaq: "Tezliklə polis və dövlət qurumları inqilab komitələrinin əmrlərini icra edəcəklər”.
Bu gündən bölgələrdə dövlət qurumlarının blokadaya alınmasına başlanacağını deyən müxalif lider bildirib ki, paytaxt İrəvanda hakimiyyət nümayəndələri üçün nəzarət-buraxılış məntəqələri qurmaq niyyətindədirlər.