Ukrayna hava limanı da daxil olmaqla Rusiyanın 6 bölgəsinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib.Hücumların Rusiya üçün müharibə başlayandan bəri “ən ağır bombardman gecəsi” olduğu qeyd edilir.
Dron hücumu nəticəsində Rusiyanın Pskov vilayətindəki hava limanında 4 ədəd İl-76 tipli təyyarə zədələnib, onlardan ikisi yanıb. Yerli xəbər agentlikləri ümumilikdə 4 təyyarənin zədələndiyini bildirirlər.ziyan Pskov vilayətinin qubernatoru Mixail Vedernikov da sosial media hesabındakı paylaşımında gecə saatlarında Pskov hava limanına dron hücumu olduğunu, ilk təsbitlərə görə can itkisinin olmadığını bildirib.
Digər tərəfdən Rusiya Müdafiə Nazirliyi Ukraynanın Rusiya ərazisindəki obyektlərə təyyarə tipli PUA-larla hücum cəhdlərinin qarşısının alındığını, PUA-ların vurulduğunu bildirib.
Rusiya MN başqa bir açıqlamasında, gecə saatlarında Rusiya Qara Dəniz Donanmasına aid dəniz aviasiya təyyarəsi tərəfindən Qara dənizdə Ukraynanın təxminən 50 nəfərlik desant qrupunun 4 sürətli hərbi katerlə birlikdə məhv edildiyini iddia edib.
Ukrayna isə Rusiyanın gecə saatlarında pilotsuz təyyarələr və raketlərlə Kiyevə intensiv hücumlar həyata keçirdiyini açıqlayıb. Kiyev Şəhər Hərbi İdarəsinin rəisi Sergey Popko Kiyevin yazdan bəri belə güclü bir hücumla qarşılaşmadığını deyib.
TAHİR