"Ankara Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayyib Ərdoğanla Vladimir Putin arasında tez bir zamanda görüşün təmin olunmasını prioritet hesab edir."
Belə bir bəyanatla Türkiyə Prezidentinin baş müşaviri Akif Çağatay Kılıç NTV telekanalına müsahibəsində çıxış edib. Onun sözlərinə görə, Prezident Administrasiyası bu görüşün müxtəlif tarixləri və müxtəlif formatları üzərində işləyir. “Burada birinci prioritet prezidentimizin mümkün qədər tez Putinlə görüşməsini təmin etməkdir”, - müşavir bildirib.
Mətləb