Fransada İslam dininin əleyhinə addımlar hər gün artır. Belə ki, Fransa hakimiyyəti məktəblərdə əbayələrin - bədəni tamamilə örtən və paltarın üstündən geyilən müsəlman qadın paltarlarının geyinilməsini qadağan etmək niyyətindədir. Bu barədə ölkənin milli təhsil və gənclərlə iş üzrə naziri Qabriel Attal bildirib.
“Respublikada məktəb dünyəvilik kimi möhkəm prinsiplər üzərində qurulub. Dünyəvilik məktəb vasitəsilə özünü azad etmək azadlığıdır. Sinif otağına girəndə şagirdlərin dinini sadəcə onlara baxmaqla müəyyən edə bilməməlisən”, - fransız nazir belə deyib.
Mətləb