“The Times” qəzeti Avropaya üz tutan miqrantlarla bağlı məlumat yayıb. Sən demə, Britaniya hakimiyyəti qeyri-qanuni miqrantların yerləşmə məntəqələrində saxlanması xərclərini azaltmaq üçün onlara GPS - izləmə qolbaqlarının verilməsi barədə düşünür. sadə dillə desək müasir quldarlıq yanaşması. İngilis nəşri yazır ki, hazırda Böyük Britaniyada 175 mindən çox insan sığınacaq üçün müraciətinə hökumətdən cavab gözləyir. Müraciətlərə baxılan müddət ərzində qaçqınlar xüsusi miqrasiya mərkəzlərində yerləşdirilir, lakin belə mərkəzlərin sayı kifayət etmir. Bundan əlavə, qeyri-qanuni miqrantların saxlanması Britaniya vergi ödəyicilərinə ildə təxminən 4 milyard funt sterlinqə başa gəlir. Əlli mindən çox qeyri-qanuni miqrantı hotellərdə yerləşdirmək üçün gündə təxminən 6 milyon funt sterlinq lazımdır.
Mətləb