Rumıniyanın Krevediya şəhərində yanacaqdoldurma məntəqəsində baş verən partlayışlar nəticəsində 1 nəfər ölüb, 57 nəfər xəsarət alıb.
“Digi 24” telekanalının verdiyi xəbərə görə, 54 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 39-u yanğınsöndürən, 4-ü polisdir. 8 nəfərin vəziyyəti ağırdır.
Yanğın məhdudlaşdırılıb. 700 m radiusda 3 min nəfər yerli sakin təxliyə edilib. Hadisə baş verən ərazidə nəqliyyatın hərəkəti dayandırılıb.
Rumıniya yaralıların müalicəsi üçün Avropa İttifaqından yardım istəmək niyyətindədir.