Rusiyanın Xabarovsk diyarında facilə yol qəzası baş verib. “KAMAZ” avtomobilinin aşması nəticəsində 5 nəfər ölüb. Bu barədə Rusiya Daxili İşlər Nazirliyinin region üzrə idarəsinin saytında məlumat verilib.
“İlkin məlumatlara görə, “KAMAZ” markalı avtomobilin Albazindən Xarpiçan kəndi istiqamətində hərəkətdə olan 1978-ci il təvəllüdlü sürücüsü idarəetməni itirib və avtomobil yoldan çıxaraq aşıb”, - məlumatda diqqətə çatdırılıb. Mətləb