Estoniyanın Baş naziri Kaya Kallas həyat yoldaşı ilə bağlı sualları cavablandırıb. Baş nazir, Rusiyada şəxsi biznesi olan ərinə görə vəzifəsindən istefaya getmək istəmir. “RBK-Ukraina” bu barədə xəbər verir.
"Mən istefa verməyi planlaşdırmıram. Baş nazir kimi Ukrayna və Estoniyanın azadlığının müdafiəsinə qalxmışam və duracağam. Əgər hər hansı şirkət sanksiyaları pozarsa, buna görə cəza olmalıdır. Bununla belə, onun fikrincə, Rusiya Federasiyasının ərazisində qadağan olunmayan müştərilərlə işləmək “mənəvi kompas” məsələsidir", - Estoniyanın hökumət başçısı bildirib.
Mətləb